Accessibility links

Barak Obama: 'Pakistana hərbi qüvvə göndərilməyəcək'


ABŞ prezidenti Barak Obama Pakistan-Əfqanıstan sərhədində yaraqlılarla mübarizəni nəzərdə tutan yeni strategiyanın bir hissəsi kimi Pakistana qoşun göndərilməsini istisna edib. Bu gün CBS telekanalına müsahibəsi zamanı prezident deyib ki, Pakistan suveren dövlətdir və ABŞ İslamabadla Əl-Qaidə əleyhinə birgə işləməlidir. Cənab Obamanın sözlərinə görə, strategiyaya əsasən, Amerika qüvvələri Pakistan hökuməti ilə məsləhətləşmələrdən sonra Pakistandakı terrorçu hədəflərini təqib edəcək. Prezident habelə deyib ki, o, Pakistana Əfqanıstan sərhədində yaraqlıların sığınacaqlarının məhv etmək seçimi verəcək.
XS
SM
MD
LG