Accessibility links

ABŞ prezidenti Amerikanın avtomobil sənayesinə yardım üçün ciddi şərtlər qoyub


Prezidenti Barak Obama deyib ki, milyardlarla dollar məbləğində təcili kredit alan Amerikanın iki ən böyük avtomobil şirkəti hökumətdən əlavə yardım almaq üçün kifayət qədər iş görməyib.

Prezident Obama General Motorsun rəhbərinin istefa verməsini istəyərək, şirkətə daha yaxşı plan hazırlamaq üçün 60 gün vaxt verib.

Cənab Obama deyib ki, ABÇ-ın üçüncü ən böyük avtomobil şirkəti olan Kraysler bundan daha ağır bir vəziyyətdədir və korporativ tərəfdaşlıq qurmasa, biznesi davam etdirə bilməyəcək. Prezident Krayslerə İtaliyanın Fiat şirkətilə birləşmək haqda sənədləri hazırlamaq üçün 30 gün vaxt verib.

Cənab Obama avtomobil şirkətlərinin bəzi borclardan qurtarıb yenidən təşkil olmaq və biznesə qayıda bilmək imkanı verəcək bir şəkildə müflis ola bilməsinin mümkünlüyü məsələsini qaldırıb. General Motors direktorlar şurasının üzvlərinin çoxunun dəyişəcəyini bildirib.

Həm General Motors, həm Kraysler bərpa planını təqdim etməli idilər, lakin rəsmilər bildirib ki, bu planların heç biri real deyil. General Motors və Kraysler artıq hökumətdən 17 milyard dollar məbləğində kredit alıb və əlavə 21 milyard dollar üçün müraciət ediblər. Amerikanın daha bir böyük avtomobil şirkəti olan Ford hökumətdən yardım istəməyib.


XS
SM
MD
LG