Super ulduz Madonna Afrikada Malaviyə səfəri zamanı yoxsul bir kənddə olub və Malavidə məktəb tikmək planlarını müzakirə edib. Madonna bu həftə bu ölkədən bir qızı övladlığa götürmək üçün prosesi bitirməyi planlaşdırır. Kənddə gəzən Madonnanı 12 yaşlı qızı və təbii ki, böyük sayda müxbirlər müşayiət edib.
50 yaşlı pop ulduz Malavidən 4 yaşlı qızı övladlığa götürəcəyi ilə bağlı sualları cavablandırmaqdan imtina edib. O deyib ki, xeyriyyə təşkilatı yaratdığı və 3 yaşlı oğlunu övladlığa götürdüyü Malaviyə yenidən səfər etməsinə şaddır.
Madonnanın övladığa götürülmə prosesi ilə əlaqədar həftənin əvvvəli məhkəmədə sənədlərə imza atacağı gözlənilir. Proseslə məşğul olan rəsmi nümayəndənin bildirdiyinə görə, Madonnanın övladlığa götürmək istədiyi 4 yaşlı qızın anası körpə dünyaya gəldikdən bir qədər sonra dünyasını dəyişib. Qızın atasının sağ olduğu deyilir, lakin təfərrüatlar bilinmir.