Accessibility links

Türkiyədə Ərdoğanın partiyası reytinqini itirir


Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğan deyib ki, bazar günü ölkədə keçirilmiş yerli seçkilərin nəticələri seçicilərin onun hökumətinə bəslədiyi inamını ifadə edir.

Ancaq qeyri-rəsmi nəticələr baş nazirin partiyasının ümumilikdə 2007-ci ildə qazandığı 46 faizlik dəstəyin bir hissəsini itirdiyini göstərir. Belə ki, dünənki səsvermədə hakim partiya səslərin 39 faizini əldə edib.

Türkiyə rəsmilərinin dediyinə görə, dünən ölkənin cənubunda kürdlərin məskunlaşdığı bölgələrdə seçkilər zamanı rəqib partiyalar arasında baş vermiş qarşıdurmada azı 5 adam həyatını itirib, digər 35 nəfər isə yaralanıb.

Ölkənin başqa yerlərində isə səsvermənin problemsiz keçdiyi bildirilir.

Bir sıra təhlilçilərə görə, baş nazir Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Uğrunda Partiya – AKP-nin budəfəki seçkilərdə zəif nəticə əldə etməsinə səbəb qlobal maliyyə böhranının ölkəyə təsirləri və işsizliyin rekord həddə çatması olub.

Müxalifətçi Çümhuriyyət Xalq Partiyası 23 faiz səslə seçkidə ikinci, Millətçi Hərəkat Partiyası isə 17 faizlə üçüncü yeri tutub.

XS
SM
MD
LG