Venesuela
prezidenti Huqo Çavez Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidenti Ömər əl Bəşir barədə
çıxardığı həbs hökmünü rədd edib. Başqa
Latın Amerikası liderləri ilə birgə Qətərdə Ərəb liderləri ilə görüşən cənab
Çavez hökmü üçüncü dünya ölkələrinin xalqlarına qarşı hörmətsizlik
adlandırıb. Ərəb Liqasının Baş katibi
Əmr Mussa da Dohada Ərəb sammitinin yekununda həbs qərarını rədd edib. Sammitin başlanğıcında Sudan prezidenti Bəşir
məhkəmənin hökmü dondurmağa çağırmışdı.
ABŞ Dövlət Departamenti ümid etdiyini bildirmişdi ki, 22 üzvlük Ərəb
Liqası cənab Bəşiri Darfur böhranına görə pisləyəcək.