Accessibility links

Bülent Əlirza:"Türkiyə Ermənistanla münasibətləri Azərbaycanı nəzərə almadan normallaşdıra bilməz"


Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin ABŞ-Türkiyə münasibətələrinə dair hesabatının bir hisəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərə həsr edilib. Vaşinqtonun region üzrə aparıcı ekspertləri Obama administrasiyasına tövsiyələr arasında ermənilərin iddia etdiyi soyqırım məsələsinə də münasibət bildiriblər. Ekspertlər prezident Obamanı aprelin 24-ü ermənilərin anım günü "soyqırım" sözünü işlətməməyə çağırıblar. Onların fikrincə, soyqırıma dair qətnamənin Konqresin Nümayəndələr palatasında səsverməyə çıxarılmasını qarşısının alınmaması iktərəfəli münasibətlərə ciddi təsir göstərir.

Hesabatın müəlliflərindən biri,Beynəlxalq və StratejiAraşdırmalar mərkəzinin eksperti Bülent Əlirıza Türkiyə və Ermənistan arasında sərhəddin açılması məsələsində Azərbaycanın narahatlığınıbaşa düşdüyünü söyləyib. O deyib ki, əgər sərhəddinaçılması asan olsaydı Türkiyə bunu uzun müddət əvvəl edərdi.

Cənab Alirizanın bildirdiyinə görə,erməni lobbisi inanır ki, Türkiyəninaddımlarınınyeqanə səbəbi Konqresdə soyqırım barədəqanun layihəsi qəbul edilməsinin qarşısını almaqdır. Cənab Əlirzanın fikrincə, Türkiyə Ermənistanla münasibətlərinyaxşılaşdırılmasını səmimi olaraq istəyir,ancaq bunu da başa düşür ki, Azərbaycanı nəzərə almadan bir tərəfliolaraq addım ata bilməz.

O deyib ki, Baş NazirƏrdoğanın Beynəlxalq Məsələlər üzrə müşaviri Davutoğlu daVaşinqtona səfəri zamanı bu məsələdə Azərbaycanın mühüm bir faktor olduğunu vurğulamışdı. Bülent Əlirza cənab Davutoğluya istinadən qeyd edib ki, bu məsələnin təsirini görə biləcəyinəgörə Azərbaycanın narahat olmağa haqqı var, ancaq o düşünmür ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan hansısa addım ata bilər.

XS
SM
MD
LG