Accessibility links

İran və ABŞ diplomatları arasında qısa görüş baş tutub


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, ABŞ və İranın yüksək səviyyəli diplomatları arasında qısa və əvvəlcədən planlaşdırılmamış görüş olub. Görüş Haaqada Əfqanıstana dair beynəlxalq konfrans çərçivəsində keçirilib. Klinton bəyan edib ki, Vaşinqtonun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk İran nümayəndə heyətinin başçısı, Xarici İşlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə ilə səmimi bir şəraitdə fikir mübadiləsi aparıb. Onun bildirdiyinə görə, danışıq zamanı heç bir ciddi məsələyə toxunulmayıb, lakin onlar əlaqə saxlamağa razı olduqlarını bildiriblər.

İran və Birləşmiş Ştatlar arasında 30 ildən artıqdır diplomatik əlaqələr yoxdur.

XS
SM
MD
LG