Accessibility links

Obamanın iqtisadiyyatı yaxşılaşdıracağına inananlar azalıb


Yeni sorğu göstərir ki, amerikalıların çoxu president Barak Obamanın ABŞ iqtisadiyyatını nizama salmaq strategiyasını qəbul edir. “Washington Post – ABC News”-un birgə keçirdiyi sorğuda iştirak edənlərin 60 faizi cənab Obamanın iqtisadi böhrana yanaşmasını bəyənir. 64 faiz respondent isə Obamanın siyasətinin iqtisadiyyatı dirçəldəcəyinə inanır. Yanvar ayında keçirilən sorğu zamanı 72 faiz respondent buna inanırdı. Sorğu habelə göstərir ki, amerikalılar ölkənin iqtisadi problemlərinin günahlarını Obama administrasıyasında görmürlər.
XS
SM
MD
LG