Bir günlük törən olduğuna görə Londondakı sammit qəfildən iqtisadi böhranın qarşsını almaqla bağlı fikir ayrılıqlarını aradan qaldırmayacaq, deyə Boston Globe qəzetinin baş məqaləsində bildirilir. Lakin qlobal konsensus iki məsələdə mühümdür: İqtisadiyyatın bərpası üçün hər bir hökumətin götürəcəyi ölçülərin müəyyən edilməsi və maliyyə institutlarının daha sərt nizamlamalara tabe edilməsi. Hazırda Birləşmiş Ştatlar və Böyük Britaniya iqtisadiyyata stimul verməyə və pul siyasətində çevikliyə səslədiyi halda Fransa və Almaniya bunun əleyhinə çıxır. Sonuncular iddia edir ki, iqtisadiyyata əlavə pul axıdılması inflyasiyaya yol açacaq. Əslində sosial rifah proqramlarına külli midarda pul xərcləməklə Almaniya heç də xərclənmə baxımından Amerikadan geri qalmır.
Boston Globe qəzetinin redaktor heyəti Alman hökumətinin inflyasiya qorxusunu rəğbətlə qarşılayır. Belə ki, həmin ölkə 1920-ci illərdə hiperinflaysiyaya məruz qalmışdı. Amma tarix heç zaman eyni cür təkrar olunmur. İndi üzləşilən başlıca təhlükə artımın dayanması və deflyasiyadır. Xəstənin ürəyi dayananda bir nömrəli vəzifə onu həyata qaytarmaqdır. Pəhrizi sonradan da dəyişmək olar, deyə yazıda bildirilir.
Vaşinqton postda məqalə ilə çıxış edən Harold Mayerson isə Londonda keçirilən Böyük iyirmiliyin sammitinə nikbin baxmır. Müəllifin fikrincə aparıcı dövlətlərin liderləri çətin qərarlar qəbul etmək əvəzinə əvvəlki praktikanı davam etdirməyə meylli görsənir. 1930-cu illərdən bəri ən ağır iqtisadi sınaqlarla üzləşən dünya liderləri birgə fəaliyyət planı üzərində razılığa gələ bilmirlər. Obama administrasiyası aydın edib ki, əgər koordinasiyalaşmış səviyyədə qlobal stimul planı həyata keçirilməsə iqtisadi tənəzzül dərinləşəcək. Kontintenal Avropa liderləri Nikola Sarkozı və Angela Merkel isə maliyyə təssisatlarının nizamlanmasını istəyirlər. Belə olan vəziyyətdə ehtimal var ki, dünya ölkələri bu variantlardan heç birini uğurlu şəkildə həyata keçirməyəcəklər.
Mayerson Almaniyda həyata keçirilən bir sıra proqramları alqışlayır. Məsələn Alman hökuməti iqtisadi baxımdan stabil illərdə pula qənaət edərək xüsusi ehtiyatlar toplayıb ki, hazırkı vəziyyətdə bu vəsaitdən işsizliyin təsirlərini azaltmaq üçün istifadə olunur. Başqa bir misalda, Berlin özəl maşınlarını qaytarıb əvəzində ətraf mühit üçün daha yararlı maşınlar alan vətəndaşlara 3 min dollar verməklə ölkədə maşın registrasiyasının sayını təkcə ötən ildə 21 faiz artırıb. Müəllif bu növ ideyaların ABŞ-da da tətbiq olunmasına çağırır.
Eyni zamanda müəllif Avropa ölkələrinin qlobal stimul planına qoşulmamasından narahatlıq hissi izhar edir. Belə ki, bir çox mütəxəssislər gələn il Almaniya iqtisadiyyatının 6-7 faiz kiçiləcəyini proqnozlaşdırır. O biri tərəfdən ABŞ maliyyə naziri Timoti Qaytner qlobal maliyyə nizamlamalarına soyuq yanaşır. Amerikanın anti-qlobalist mövqeyi isə başqa dövlətlər proteksionizmin təcəssümü kimi dəyərləndirilir ki, bu da Mayersonun fikrincə liderlərin böhranın öhdəsindən gəlməyə adekvat olmadığını nümayiş etdirir