Accessibility links

Həbs cəzasına məhkum edilmiş Sudan prezidenti Səudiyyə Ərəbistanındadır


Beynəlxalq Cinayət Məhkəməsinin Sudan prezidenti Ömər Əl-Bəşirə qarşı həbs qərarından sonra o, səfərini Səudiyyə Ərəbistanında davam edir. Bu gün Ciddəyə yetişən Sudan prezidenti oradan da Məkkə şəhərinə ziyarətə yola düşüb. Səudiyyə dövlət mediasının bildirdiyinə görə, cənab Bəşir müqəddəs məscidə bir neçə Səudiyyə rəsmisi ilə gedib. Səudiyyə prezidenti kral Abdulla isə Böyük İyirmiliyin sammitində iştirak etmək üçün Londonda səfərdədir. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin Darfurda törədilən cinayətlərdə əli olmaqda günahkar bilinərək, həbs cəzası barədə hökmündən sonra Ömər Əl-Bəşirin xaricə beşinci səfəridir. Sudan prezidenti Səudiyyə Ərəbistanına Qatarda keçirilən Afrika ölkələrinin iki sammitində iştirak etdikdən sonra gedib. Ərəb Liqası liderləri və bəzi Cənubi Amerika ölkələri Ömər Əl-Bəşirin həbsi barədəki qərarın ləğvinə çağırır.

XS
SM
MD
LG