Accessibility links

Şimali Koreyanın raket sınağı ilə bağlı narahatlıqlar davam edir


Şimali Koreya raketinin sınaqdan keçirildiyi zaman hər-hansı ABŞ təyyarəsinin yaxınlaşdığı təqdirdə vurulub salınacağı barədə xəbərdarlıq edib. Şimali Koreya uzunmənzilli raketini sınaqdan keçirdiyi zaman Birləşmiş Ştatların hansısa kəşfiyyat təyyarəsinin yaxına gəlməməsi barədə xəbərdarlıq edib. Şimali Koreya isə sınaqdan keçiriləcək raketin sülh mahiyyətli olduğunu deyir. Şimali Koreya beynəlxalq agentliklərə peyk raketini fəzaya aprel ayının 4-ü ilə 8-i arasında göndərəcəyini bildirib. Bu da sınaqdan keçiriləcək qurğunun uzaqmənzilli olacağı deməkdir.

Cənubi Koreya, Yaponiya və Bilrəşmiş Ştatlar Şimali Koreyanın balisstik raketlər üçün başlıqlar istehsal etdiyini deyirlər. Onlar və Avropa Birliyi Şimali Koreyanın uzunmənzilli raket texnologioyasını inkişaf etdirməsini BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə Şimalın ballistik texnilogioyalarının inkişaf etdirilməsinə qoyduğu qadağaları pozduğunu deyirlər.

Cənubi Koreyanın yüksək səviyyəli rəsmisi Vi Sonq-Lak deyib ki, beynəlxalq ictimaiyyət Şimali Koreyanı raket sınağını dayandırmağa məcbur etməlidir. Şimali Koreya isə raketin sınaqdan keçirilməsi ilə əlaqədar ona qarşı əlavə beynəlxalq sanksiyalar tətbiq edilərsə, bu, nüvə proqramı barədəki danışıqların dayanmasına gətirib çıxaracaq.

XS
SM
MD
LG