Accessibility links

Böyük İyirmiliyin London sammiti işinə başlayıb


Bu gün Böyük İyirmiliyin London sammiti işinə başlayıb. İyirmi ən böyük iqtisadiyyata malik olan ölkə liderləri qlobal iqtisadi böhranla mübarizə yollarını müzakirə edir. Sammit iştirakçılarını Böyük Britaniyanın baş naziri Qordon Braun salamlayıb. Həm cənab Braun, həm də ABŞ prezidenti Barak Obama liderlərin güclü razılıq əldə edəcəyindən əminliyini dilə gətirib.

Amerika və Böyük Britaniya iqtisadi artıma yardım məqsədi ilə hökumətin xərclərinin artırılması, Fransa və Almaniya isə daha sərt tənzimləyici ölçülərin tərəfdarıdır. London sammiti Barak Obamanın dünya liderləri ilk görüşüdür.

XS
SM
MD
LG