Accessibility links

Azərbaycan Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına etiraz edir


Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, erməni hərbi qüvvələri Azərbaycan ərazisindən çıxmayana qədər Türkiyə və Ermənistan arasında sərhədlər açılmamalıdır. Elmar Məmmədyarov ANS tele-şirkətinə deyib ki, sərhədlərin erməni qüvvələrinin çıxmasından öncə açılması Azərbaycanın milli maraqlarına uyğun deyil. Azərbaycan Xarici İşlər naziri açıqlamaları bu il Ermənistan və Türkiyənin münasibətləri nomallaşdırmağa çalışdığı haqda xəbərlərdən sonra verir. Türkiyə və Ermənistanın Xarici işlər nazirləri fevral ayında Avropada təhlükəsizliyə dair konfransda görüş zamanı buna dair açıqlamalar veriblər. Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinə görə1992-ci ildən Ermənistanla əlaqələri kəsib.

XS
SM
MD
LG