Accessibility links

Taliban yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirilib


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin bildirdiyinə görə, Taliban yaraqlılarının nəzarəti altında olan Helmənd vilayətində həyata keçirilən hava əməliyyatları zamanı 20 yaraqlı öldürülüb. Ordunun açıqlamasında deyilir ki, əməliyyatlar dünən Kicaki mahalında Birləşmiş Ştatlar və Əfqanıstanın koalisiya qüvvələrinin pusquya salınaraq, hücuma məruz qalmalarından sonra başlayıb. ABŞ hərbçiləri bildiriblər ki, hücumların həyata keçiriləcəyi ərazilərdə mülki vətəndaşların yerləşmədiyindən əmin olduqdan sonra hücumlara başlandığını bildirmişlər. Əfqanıstanın cənub bölgəsindəki Helmənd vilayətində yetişdirilən qeyri-qanuni tiryəkin alveri Talibanın orada fəaliyyətlərini daha da genişləndirir.

XS
SM
MD
LG