Türkiyə
baş naziri Rəcəb Tayyip Ərdoğan NATO baş katibliyinə Danimarka baş naziri
Anders Foq Rasmussenin namizədliyinə bir daha etirazını bildirib. Türkiyə
lideri NATO-nu sülhü qoruyan təşkilat adlandırıb. Ankara Danimarkanı
Türkiyədəki kürd yaraqlılarının danışan gücü hesab olunan Kürd peyk
telekanalını bağlamağa çağırıb. Cənab Ərdoğan qeyd edib ki, Danimarka baş
naziri müsbət cavab verməyib. Daha sonra Türkiyə baş naziri Danimarkalı
həmkarının sülhü təmin etməsinə şübhə ilə yanaşdığını bildirib.