Accessibility links

Tehranda Venesuela-İran bankı təsis edilib


Venesuela prezidenti Uqo Çaves İran səfəri zamanı kapitalizm əleyhinə çıxış, Venesuela-İran bankının təsis edildiyini elan edib. İran və Venezuela dövlət başçıları Uqo Çaves və Mahmud Əhmədinejat Tehranda bankın açılış mərasimində iştirak ediblər. Bank ticarət və sənaye layihələrinin həyata keçirilməsinə yardım etməlidir. Venesuela prezidenti qarşılıqlı əlaqələri ABŞ və Böyük Britaniya kimi şimal ölkələrə əks-balans olan Cənub yarımkürəsi dialoqu adlandırıb. Venesuelanın dövlət televiziyasına açıqlama verən president Çaves Böyük-20-lərin London sammitini tənqid edərək, Beynəlxalq Valyuta Fonduna ayrılacaq vəsaiti "quzğunlara yem" adlandırıb.

XS
SM
MD
LG