ABŞ
Prezidenti Barak Obama kreditlərin bərpa edilməsi, iş yerlərinin artımı,
maliyyə nizamlamalarının islah olunması və iqtisadiyyatın yenidən qurulması
üçün qlobal birliyə çağırır. Özünün
həftəlik radio müraciətində cənab Obama həmçinin Çin Prezidenti Hu Cintao,
Rusiya Prezidenti Dmitri Medvedev və Amerikanın NATO müttəfiqləri ilə
görüşlərindən bəhs edib. O, ikigünlük
danışıqlardan sonra bankların yenidən kredit verməsi və maliyyə
nizamlamalarının sərtləşdirilməsi haqda razılığa gəlindiyini bildirib. Respublikaçıların cavab müraciətində
Konqresmen Pol Ryan deyib ki, Amerikalı ailələr xərclərinə qənaət etdikləri
halda federal hökumət də bu nümunədən ibrət almalıdır. Ryan bildrib ki, prezidentin büdcə planı
Amerikanın hazırkı iqtisadi böhranını daha da dərinləşdirir. Konqres Demokratları bu həftə Respublikaçıların
əleyhinə olmasına baxmayaraq prezidentin büdcə planını Nümayəndələr Palatasında
və Senatda sadə səs çoxluğu ilə qəbul ediblər.