Accessibility links

ABŞ-ın Sudan üzrə xüsusi elçisi: ‘Darfur dərin böhranın bir addımlığındadır’ 


ABŞ-ın Sudan üzrə yeni xüsusi elçisi bu gün deyib ki, Sudanın Darfur regionu dərin böhranın bir addımlığındadır.

Skot Qreyton ölkəyə və ehtiyaci olan insanlara humanitar yardım çatdırılmasının vacibliyini vurğulayıb.

Cənab Qreyton Şimali Darfurdakı Zəmzəm sığıncaq düşərgəsinə səfərdən sonra müxbirlərə danışıb.

Ötən ay Sudan prezidenti Öməl əl-Bəşir beynəlxalq tribunalın onun haqqında həbs qərarı çıxarmasından sonra 13 beynəlxalq yardım qrupunu ölkədən qovmuşdu.

Qreyton keçən ay xüsusi elçi təyin olunmasından bəri Sudana ilk dəfə səfər edib.

XS
SM
MD
LG