Bazar günü ABŞ prezidenti Barak Obama Türkiyəyə ikigünlük səfərə başlayacaq. ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra iki ölkə arasındakı dostluq münasibətlərində sarsıntı əmələ gəlib. Lakin Türkiyənin regionda İran, İraq və Əfqanıstanla yaxınlığı onun rolunu Amerikanın mühüm müttəfiqi olaraq saxlayır.
Barak Obamanın Türkiyəyə səfərinin mühümlüyünü artıran faktorlardan birid də ABŞ-ın İraqı zəbt etməsindən sonra Türkiyədə baş qaldıran anti-Amerika sentimentləridir. Ötən ilki rəy sorğuları göstərir ki, Türkiyədə mövcud olan anti-Amerikanizm son dərəcə yüksək bir həddə çatıb.
Gündəlik “Taraf” qəzetinin redaktor müavini Yasmin Conqar deyir ki, Obamanın Türkiyəyə səfəri bu antipatiyanı aradan qaldırmağa kömək edə bilər. Onun sözlərinə görə bu, ABŞ-ın həm dost həm də düşmənlərlə dialoq qurmağa hazırlığını nümayiş etdirəcək. Belə ki, Türkiyəni bürüyən qatı anti-Amerikanizm türk hökumətini Vaşinqtonla danışıqlarda iflic vəziyyətinə sala bilər.
Rəy sorğular göstərir ki, əksər türklər Barak Obamaya rəğbət bəsləyir. Onun İrana Novruz mesajı türk mediası tərəfindən məmnunluqla qarşılanıb. İstanbul küçələrində biri Obamanın Türkiyəyə səfərini alqışlayır. Başqa birisi Obamanın prezident Buşdan daha yaxşı olduğunu qeyd etsə də ABŞ-ın Türkiyədən Əfqanıstana əlavə qüvvə göndərmək xahişindən narahatdır.
Türkiyənin hazırda Əfqanıstan paytaxtı Kabildə 900 qeyri-döyüş əsgəri xidmət göstərir. Lakin Vaşinqton başqa NATO müttəfiqləri ilə bərabər Ankaraya Əfqanıstana əlavə qüvvə göndərmək üçün təzyiq göstərir. Başqa bir ixtilaf nöqtəsi isə ABŞ Konqresində 1915-ci ildə osmanl qüvvələri tərədinən erməni azlığın qətlə yetirilməsinin genosid adlandırılmasına yönəlmiş səylərdir. Ankara bu iddianı rədd edərək qətllərın vətəndaş müharibəsi zəminində baş verdiyini deyir. Cənab Obama seçki kampaniyası zamanı qətlləri genosid kimi tanıyacağını söyləmişdi. Dolaşan xəbərlərə görə Ankara Ermənistanla sərhədləri açmaq niyyətindədir və bu niyyət Obamanın Türkiyəyə səfəri əsnasında açıqlana bilər. Lakin cənab Obama 1915-ci il hadisələrini soyqırım kimi tanısa təhlilçilər bu səylərin dondurulacağından ehtiyat edirlər.