Accessibility links

Avropa seçkilərinin ilkin nəticələri açıqlanıb


Makedoniyanın hakim partiyasından prezidentliyə namizəd Qeorgi İvanov qələbə əldə edib. Səslərin 90 faizinin hesablanmasından sonra İvanovun müxalif namizəd Lyubomir Frçkoskini böyük səs çoxluğu ilə geridə qoyduğu müəyyən edilib.

Səsvermədə seçicilərin fəallığının 40 faiz təşkil etdiyi deyilir ki, bu da səsvermənin nəticələrini qanuni etmiş olur. İki həftə əvvəl seçkilərin birinci raundunda hər iki namizədin səslərin çoxunu əldə etməsi alban namizədlərin ikinci raundda iştirakına mane olmuşdu. Seçkilərin demokratik şəraitdə keçirilməsi Makedoniyanın Avropa Birliyinə üzv qəbul edilməsi prosesinə yardım edə bilər.

Bu arada Moldovada keçirilən parlament seçkilərində prezident Vladimir Veroninin Kommunist partiyası qalib gəlib. 2.4 milyon səsvermə hüququna malik olan insan parlamentin 101 üzvünü seçib. Avropanın ən yoxsul ölkəsi olan Moldova seçkilərini 3000 müşahidəçi monotoring edib. Yeni parlamentin ilk görəcəyi iş hakimiyyətdən getməkdə olan prezident Veroninin xələfinin müəyyən edilməsi olacaq.

XS
SM
MD
LG