İtaliyada baş verən zəlzələnin episentri Roma yaxınlığındakı qədim L Aquila şəhərində olub.Rixter şkalası ilə 6.3 bal şiddəti olan zəlzələ 110 km-lik məsafədə yerləşən Romada belə hiss edilib. İtaliyanın baş naziri Silvio Berluskoni zəlzələ zamanı 90 nəfərdən çox insanın həlak olduğunu, azı 1500 nəfərin yaralandığını, minlərlə adamın evsiz qaldığını bildirib.
ABŞ
və Türkiyə prezidentləri İtaliyada baş verən zəlzələ qurbanlarının ailələrinə
başsağlığı veriblər. Ankarada təşkil edilən mətbuat konfransı zamanı hər iki
ölkə lideriİtaliya xalqının kədərini
bölüşdüyünü bildiriblər.