Accessibility links

Barak Obama Ankarada Abdulla Güllə görüşüb


ABŞ prezidenti Barak Obama deyib ki, Amerika və Türkiyənin dünyəvi dövlətlərin müasir tərəfdaşlıq siyasətini gücləndirməsi müsəlman ölkələrlə Qərb arasında körpü rolunu oynaya bilər.Bu gün Ankarada prezident Abdulla Güllə görüşən Barak Obama bildirib ki, əhalisinin böyük əksəriyyəti xristian olan Amerika vətəndaş ölkəsidir və əhalisinin əksəriyyəti müsəlman olan Türkiyənin təməli eyni prinsiplər əsasında qoyulub. Prezidentlər Vaşinqton və Ankaranın terrorizmlə mübarizə, İran və Yaxın Şərq məsələlərində əməkdaşlıq, NATO ilə son zamanlar gərginləşən münasibətlər kimi müxtəlif məsələləri müzakirə edib.

Barak Obama Türkiyənin Avropa Birliyinə üzvlük səylərinə dəstək verdiyini bildirib.

Türkiyənin Ermənistanla münasibətlərinə gəldikdə isə prezident Obama ötən əsrin əvvəllərində ermənilərin Osmanlı İmperatorluğu dövründə öldürülməsi faktına dair fikrini dəyişmədiyini deyib. Lakin ABŞ dövlət başçısıVaşinqtonun Ankara və Yerevan arasındakı məhsuldar müzakirələrəmüdaxilə etmək istəmədiyini deyib. Prezident Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamağa çağırıb.

XS
SM
MD
LG