Accessibility links

Almaniya kansleri gözlənilmədən Əfqanıstana səfər edib


Almaniya kansleri Angela Merkel bu gün elan etmədən Əfqanıstana gedib. Almaniya hökuməti sözçüsünün bildirdiyinə görə, xanım Merkelin Əfqanıstanın şimalında qulluq edən alman əsgərləri ilə görüşəcəyi gözlənilir. Hal-hazırda beynəlxalq qüvvələrlə birlikdə Almaniyanın Əfqanıstanda 3,800-ə yaxın hərbçisi Taliban hərəkatına qarşı mübarizə aparır. Almaniya kanslerinin Əfqanıstana səfəri Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbrukun və Hərbi Qərargahlar rəisi, admiral Mayk Mallenin Əfqanıstana səfəri ərəfəsində baş verir. ABŞ rəsmilərinin də Əfqanıstana bu gün axşam çatacağı gözlənilir. Admiral Mallen dünən müxbirlərlə görüşü zamanı Əfqanıstanda sabitliyin bərpası işlərinə yardım üçün əlavə minlərlə ABŞ əsgərinin göndəriləcəyini deyib.

XS
SM
MD
LG