Accessibility links

Şimali Koreyanın fəzaya raket buraxması tənqidlərlə qarşılanıb


Cənubi Koreyanın prezidenti Li Myunq-Bak Çini Şimalın mübahisəli raket probleminin həllinə yardım etməyə çağırıb. Prezident Li Pekinin bu sahədə daha böyük rol oynamsının vacibliyini o ölkəyə səfər edən Çinin Kommunist Partiyasının rəsmisinə bildirib. Bu gün milli dövlət radiosu ilə çıxışı zamanı Cənab Li raketin buraxılmasını regional və qlobal təhlükəsizliyə hədə adlndıraraq, bu əmələ heç cür bəraət qazandırmayacağını deyib. Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya Şimali Koreyanı ballistic raket başlıqları istehsal etməkdə ittiham edir.

Bu gün Bilrəşmiş Ştatlar senatoru Con Makkeyn Çin və Rusiyanı Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə çağırıb. Cənab Makkeyn Honq Konqda müxbirlərlə görüşü zamanı Rusiya və Çin də daxil edilməklə, Şimali Koreyanın beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadığını deyib. Respublikaçı senator deyib ki, Rusiya və Çin ABŞ və digər ölkələrin Şimali Koreyaya qarşı irəli sürdüyü sanksiyalara qoşulmalıdır.

XS
SM
MD
LG