Accessibility links

ABŞ Mətbuatı: Barak Obamanın Türkiyəyə səfəri


Washington Post qəzeti Barak Obamanın Türkiyəyə səfərinin son günündə tələbələrlə görüşündən ətraflı yazır. Türk gənclərlə görüşdə ABŞ lideri onları divarlar yox, körpülər tikməyə çağırıb. ABŞ haqda stereotipləri rədd edən Obama bütün ölkələr kimi Amerikanın da nöqsanlara malik olduğunu bildirib. Lakin o, əsrlər boyu daha kamil cəmiyyət qurmaq uğrunda mübarizə aparıldığını vurğulayıb. Amerika ilə müsəlman dünyası arasında münasibətlərin yenidən qurulmasına çağıran Obama bu əlaqələrin ölkələrin ümumi baxışları üzərində bərpa olunacağını bildirib.

New York Times qəzetində köşə yazısı ilə çıxış edən Aslı Aydıntaşbaş Obamanın səfərində daha çox ABŞ-ın Türkiyə ilə bağlı məramlarının təhlil olunduğunu yazır. Halbuki, onun fikrincə, burada əsas izlənməli faktor Türkiyənin öz syasi dinamikasıdır. Vaşinqton Türkiyəni mötədil İslam respublikası kimi görür. Əksər türklər isə bu cür baxışı həqarət hesab edirlər. Mötədil İslam ifadəsini ilk dəfə olaraq 2004-cü ildə ABŞ dövlət katibi Kolin Pauell təqdim etmişdi. O vaxtdan bəri türklər inanırlar ki, Vaşinqton Türkiyənin dini mənsubiyyətinə onun dünyəvi demokratiya kimi xarakterindən daha çox önəm verir. Bəziləri indi deyir ki, sabiq Corc Buş administrasiyası Ədalət və İnkişaf Partiyasını (AKP) ona görə dəstəkləyirdi ki, bu hökumət müsəlman dünyası üçün yaxşı nümunə təşkil edirdi.

Aydıntaşbaşın fikrincə Barak Obamanın müşavirləri prezidentə yəqin ki, tövsiyə ediblər ki, Türkiyədə olan zaman “mötədil İslam” ifadısini dilə gətirməsin. Ola bilsin bu səbədən tünd rəngli və müsəlman orta adına malik Barak Hüseyn Obama səfər əsnasında Türkiyənin rəngarəngliyinə diqqət yetirdi. Cənab Obama səfər zamanı Türkiyə siyasi spektrumunun bir sıra nümayəndələri ilə görüşdü ki, bu sıraya dindarlarla bərabər, dünyəviçilər və eləcə də etnik azlıqların nümayəndələri daxil idi. Müəllif hesab edir ki, Türkiyə siyasi həyatının bu aspektlərini işıqlandırmaqla Obama Türkiyədə cərəyan edən siyasi dinamikaya müəyyən açıqlama gətirmiş oldu. Ötən seçkilərdə hakim AKP-nin dəstəyi 47 faizdən 39 faizə enmiş oldu. Bir çoxları bunu baş nazir Rəcəb Təyyib Ərdoğanın avtokratik tendensiyalarının güclənməsi, jurnalistlərin həbsləri və tənqidçilərin susdurulması ilə əlaqələndirir. Seçkilər həmçinin 4 müxtəlif Türkiyəni ortaya qoydu: liberal sahilyanı ərazilər, mühafizəkar regionlar, ultra-millətçi mərkəz və kürdlərin məskunlaşdığı cənub-şərq. Aydıntaşbaşın rəyinə görə Ədalət və İnkişaf Partiyası məhz Türkiyənin bu aspketlərini tanıdıqdan və onlara yer verdikdən sonra həqiqi artıma nail ola bilər.

XS
SM
MD
LG