İsrailin
müdafiə rəsmiləri İrandan qaynaqlana biləcək hücumların qarşısını almaq üçün nəzərdə
tutulmuş qəbuledici raketin uğurla sınaqdan keçirildiyini xəbər verir. Rəsmilər deyir ki, “Arrow 2” raketi İranın
Şehab mərmisinə bənzər hədəfi nişan alıb.
Sınaq Aralıq Dənizi üzərində İsrailin qırıcı təyyarəsi tərəfindən həyata
keçirilib. “Arrow” anti-raket sistemi
İsrail və ABŞ tərəfindən birgə maliyyələşdirilir. Layihənin inkişafı təqribən 20 il bundan öncə
başlamışdı. İraq 1991-ci ildə Körfəz
Müharibəsi zamanı İsraili Skad raketləri ilə hədəf aldıqdan sonra proqramın
inkişafı sürətləndirildi. İsrail
rəsmiləri İranın gizlində atom bombası inkişaf etdirməsindən narahatdır.