Accessibility links

Moldovada etiraz aksiyaları keçirilir


Keçmiş Sovet respublikası olan Moldovada parlament seçkilərində Kommunist partiyasının qələbəsinə etiraz edən minlərlə nümayişçi parlament binasına və prezident ofislərinə hücum etmişdir. Bu gün paytaxt Kişinyovdanümayişçilərin parlament binasındakı mebelləri küçəyə ataraq yandırdıqları bildirilir. Prezidentin iqamətgahı qarşısına toplaşmış nümayışçilərə qarşı polisin gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə etdiyi deyilir. Polis və mülki vətəndaşlar daxil olmaqla, yerli xəstəxanalara 20-dən çox insanın gətirildiyi xəbər verilir. Moldovanın Kommunist lideri Vladimir Voroninin iki müddət prezidendlik dönəmindən sonra, bu gün istefa verəcəyi gözlənilir.

Avropa Təhlükəsizlik Təşkilatının parlament şeçkilərini izləyən monitorları bazar günü keçirilən seçkilərin bir çox demokratik standartlara uyğun olduğunu desələr də, bəzi təkmilləşməyə ehtiyac olduğunu bildirmişlər.

XS
SM
MD
LG