Accessibility links

İtaliyada ölənlərin sayı 207-yə çatıb


İtaliyanın Mülki Müdafiə rəsmiləri bazaar ertəsi günü baş verən zəlzələ nəticəsində 207 nəfərin öldüyünü, 1500 adamın yaralandığını və minlərlə insanın evsiz qaldığını bildirir. Dağıntılar paytaxt Romadan 100 kilometr cənubda baş verib. Xilasetmə işçiləri bir gündən artıqdır ki, dağıntılar altında qalanları çıxarmağa çalışır. Bəzi insanlar evlərini və bütün mülklərini itirməsinə baxmayaraq sağ qalmaqlarına seviniblər. Rəsmilər deyir ki, ən azı 15 nəfərin axtarışı hələ də davam edir. İtaliya baş naziri Silvio Berluskoni heç kimin unudulmayacağını deyib. O, planlaşdırılmış Rusiya səfərini təxirə salıb və Abruzzo regionunda fövqəladə vəziyyət elan edib. Abruzzo ciddi dağıntılara məruz qalan şəhərlərdən biridir.
XS
SM
MD
LG