Accessibility links

ABŞ konqresmenləri Kuba lideri ilə görüşüb


Kuba prezidenti Raul Kastro dünən ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü ilə görüşüb. Görüşü yayımlayan Kuba dövlət telekanalı toplantı barədə ətraflı məlumat verməyib. Ancaq nümayəndə heyətinə rəhbərlik edən Konqresin qadın üzvü Barbara Linin ofisi bildirib ki, görüşün məqsədi ölkələr arasında ikitərəfli münasibətləri, ticarət və mədəni mübadiləni müzakirə etmək olub. Ağ Evin veteran müşaviri Cefri Davidovun sözlərinə görə, ABŞ-ın Kuba siyasətini yenidən nəzərdən keçirmək səyləri çərçivəsində prezident Barak Obama tezliklə Kubaya maliyyə və səyahət məhdudiyyətlərini azaldacaq. Davidov deyib ki, bu dəyişiklik hətta gələn həftə Trinidad-Tobaqoda Amerika qitəsi sammiti öncəsi baş verə bilər.
XS
SM
MD
LG