Accessibility links

Barak Obama gözlənilmədən İraqa səfər edib


Birləşmiş Ştatlar prezidenti Barak Obama İstanbuldan gözlənilmədən İraqa yola düşüb. Cənab Obama İraqda Birləşmiş Ştatların hərbi bazasında olub və elə orada da İraqın baş naziri Nuri Əl-Maliki ilə görüşüb. Ağ Evin sözçüsü Robert Gibsin dediyinə görə, cənab Obamanın İraqa səfərinin məqsədi Amerika əsgərləri ilə görüşüb, onlara hərbi qulluqlarına görə təşəkkürnü bildirmək və İraq liderləri ilə atılacaq yeni siyasi addımlar barədə danışıqlar aparmaqdır. Prezident Obama İradakı ABŞ ordusunun sayını azaldaraq, oradakı ordunun bir hissəsini Əfqanıstana göndərir. Barak Obama ilə səfərdə olan Ağ Evin sözçüsü Gibs müxbirlərə deyib ki, prezident İraqdakı Hərbi Hava Qüvvələrinin bazasını Türkiyəyə yaxın olduğu üçün seçib. Bunula yanaşı sözçü deyib ki, prezident Obamanın hərbçilərlə görüşməkdə əsas məqsədi onun Amerika əsgərlərinə münasibəti, minnətdalığı və hörmətini nümayiş etdirmək idi.


XS
SM
MD
LG