Accessibility links

Pakistanda militant qrupa qarşı reyd keçirilib


Pakistan polisi ölkənin ticarət mərkəzi olan Karaçidə təhlükəsizlik qüvvələrinə qarşı hücum etməyi planlaşdıran 4 nəfəri həbs etdiyini bildirir.Rəsmilər deyirlər ki, çərşənbə axşamı Karaçidə reyd zamanı silah və hərbi sursat aşkar edilib. Pakistan rəsmiləri həmçinin bildirirlər ki, taliban yaraqlılarının istehkamı sayılan Svat vadisindən Buner mahalına gələn vaxt onlarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda azı 21 nəfər həlak olub. Yerli liderləri yaraqlılardan ərazini tərk etməyi xahiş etsələrdə onlar məntəqəni tərk etməyiblər.
XS
SM
MD
LG