Bağdadda Amerika əleyhdarı şiə ruhani Müqtəda əl-Sədrin on minlərlə tərəfdarı bu gün ABŞ hərbi qüvvələrinin İraq paytaxtını altı il bundan əvvəl ələ keçirməsinə etiraz edərək nümayiş keçiriblər. Sədr tərəfdarları 2003-cü il aprelin 9-da Səddam Hüseynin heykəlinin devrildiyi Firdous meydanında toplaşıblar. Özünün İranda olduğu güman edilən Sədrin nümayəndəsi onun mesajını toplaşanlara oxuyub.Müraciətində Sədr ABŞ-ın İraqda mövcudluğunu bütün iraqlılara qarşı cinayət adlandırır.Nümayişdə iştirak edən şiə qanunverici Fauzi Əkrəm Amerikanın səsinə müsahibəsində ABŞ hərbi qüvvələrini ölkədən çıxmağa və bütün iraqlı məhbusları azad etməyə çağırıb.