Washinqton Post qəzeti yazır ki, Prezident Obama xaricə ilk səfərini özündən əvvəlki administrasiya ilə böyük fərq cızmaqla sona yetirdi. Avropada və Türkiyədə Obamanı izdihamlar hərarətlə qarşıladılar, və real əməldə çox dəstək verməsələr də xarici liderlər ABŞ-la əməkldaşlığı alqışladılar. Bütün səfəri boyu Obama qürurlu lakin nöqsanlara malik olan Amerikanın portretini çəkdi. Qlobal iqtisadiyyat, iqlim dəyişikliyi və nüvə silahlarının yayılması kimi mövzularda Obama təvazökarlıqla tərəfdaşlığa çağırışlarını qarışdıraraq qlobal auditoriyanı riqqətə gətirdi. O, öz ölkəsinin tarixindəki qaranlıq məqamlardan söz açdı və hindulara qarşı aparılmış tarixi repressiya kampaniyasından danışdı. O, eyni zamanda Amerikanın II Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasındakı xidmətlərini qeyd edərək yerli-yersiz anti-Amerikanizm fenomenini pislədi.
Boston Globe qəzetinin baş məqaləsində Barak Obamanın Türkiyəyə səfəri zamanı sərgilədiyi mövqe alqışlanır. ABŞ-ın İslamla müharibə aparmadığını qeyd edən Obama bütün müsəlman dünyasına Amerikanın xoş məramını çatdırdı. Redaktor heyətinin fikrincə türk xalqı Amerika prezidentindən eşitmək istədiklərini Barak Obamadan eşidə bildi. Türkiyənin Qərblə Şərq arasındakı strateji rolunu nəzərə alaraq Obamanın ilk prezident səfərində Türkiyəyə getməsi yüksək dəyərləndirilir. Obamanın Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləməsi yeni bir şey deyildi. Lakin Boston Globe-un yazdığına görə Obamanın ev sahibləri ilə isti rəftarı və danışıq tonu mesajın effektivliyini daha da artırdı.
Əlbəttə heç də hamısı Obamanın səfərinin effektiv olması qənaətində deyil, Washington Post-da Obamanın səfər üçün nəzərdə tutduğu iki məqsədə nail ola bilməməsi qeyd olunur. Belə ki, ABŞ lideri Avropalıları stimul xəcləmələri həyata keçirməyə və Əfqanıstana əlavə qoşun göndərməyə razı sala bilmədi. New York Postun yazarı Ralf Piters isə öz tənqidində daha sərtdir. O, Obamanın Avropaya səfərini “Günahkar Amerika” konsert turu adlandırır. Sələfi Cimmi Karterin yolunu getidiyini deyən Piters Obamanın ən böyük səhvə Türkiyədə olarkən yol verdiyini deyir: “Türkiyədə Obama milli qürurumuzu təslim etdi, maraqlarımaıza zərbə endirdi və özünə aid olmayan işlərə qarışdı.”
Obamanın Türkiyənin Avropa Birliyinə daxil olmasına çağırışını tənqid edən Piterz yazır: “Avropalılar Türkiyəni öz klublarına üzv görmək istəmirlər. Çünki Türkiyə Avropa dövləti deyil və onun mədəniyyəti də Avropa mədəniyyəti deyil. İslamizmin tədricən vüsət aldığı nəhəng müsəman dövlətin Avropa Birliyinə daxil olmasına vəkillik etmək bizə qalmayıb.”
Türkiyənin NATO sammitində neo-taliban davranışından narazı qalan Piters baş nazir Rəcəb Təyyib Ərdoğanın Danimarka baş naziri Anders Foq Rasmussenin NATO-ya baş katib təyin edilməsinə qarşı çıxmasının səbəbini Türkiyə hakimiyyətinə rəhbər olan adamların İslamçılığında görür. “Yəqin Ərdoğan gözləyirdi ki, Danimarkalı rəsmi Məhəmməd peyğəmbərin karikaturasını çəkən jurnalisti daşqalaq etməliydi,” deyə Piterz bildirir. Ankarada olarkən isə Obama Mustafa Kamal Atatürkün dünyəvi irsini devirməyə çalışan bir quruma tam dəstəyini izhar etdi. Halbuki Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələn gündən ölkəni İslam dövlətinə çevrimək yönümündə konkret addımlar atır ki, bu sıraya baş örtüklərinin yayılması, senzuranın bərqərar olması və siyasi müxaliflərin şou məhkəmələri daxildir. Obama isə apologist qismində çıxış edərək Amerika üçün üzrxahlıq etməyə başladı. Əvəzində nə Avropada nə də Türkiyə Birləşmiş Ştatlar konkret heç bir şey əldə etmədi, deyə Ralf Piterz yazısını bitirir.