Accessibility links

İraqda ABŞ əleyhinə yürüş keçirilib


İraqda on minlərlə şiə ruhaninin iştirakı ilə ABŞ əleyhinə yürüş keçirilib. Bağdadda etiraz aksiyası Amerika qüvvələrinin İraqın paytaxtını ələ keçirməsinin altıncı ildönümündə təşkil edilib. Müqtəda Əl-Sədrin tərəfdarları 2003-cü ildə Səddam Hüseynin heykəli salınan Firdous meydanında toplaşıb. Əl-Sədrin yardımçısı ruhaninin adından çıxış edərək, ABŞ-ın İraqdakı hərbi mövcudluğunu iraqlılara qarşı cinayət adlandırıb.

ABŞ hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılması 2011-ci ilədək nəzərdə tutulur.

XS
SM
MD
LG