Accessibility links

Hillari Klinton: ‘ABŞ İranla danışıqlarda iştirak edəcək’


İran prezidenti Mahmud Əhmədinejadın köməkçisi deyib ki, Tehran ABŞ və digər 5 dünya gücləri tərəfindən nüvə danışıqları ilə bağlı təqdim olunmuş təklifi nəzərdən keçirəcək.

Əli Əkbər Javanfehr bu gün deyib ki, İran təkliflə detallı tanış olduqdan sonra ona cavab verəcək.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa və Britraniya ilə yanaşı Almaniyanın da yüksək səviyyəli diplomatları dünən Londonda görüşüblər.

Onlar Avropa Birliyinin xarici əlaqələr komitəsinin sədri Havyer Solonadan İranı da dialoqa dəvət etməyi və nüvə problemi ətrafında müzakirə aparmaq istəyəcəklərini bildiriblər.

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramına son qoymaq üçün bu ölkə ilə aparılacaq danışıqlarda iştirak edəcək.

XS
SM
MD
LG