Prezident Klintonun hakimiyyəti dövründə dövlət katibi vəzifəsində çalışan Madlen Olbrayt Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Barak Obamanın mövqeyini dəstəklədiyini deyib.
Corc Vaşinqton Universitetində təşkil edilən "Soyqırımların qarşısının alınması" adlı tədbirin iştirakçısı Xanım Olbrayta "Türkiyənin ermənilərin soyqırımda günahlandırılması ilə yanaşı, onun Amerikanın müttəfiqi olduğu üçün buna göz yumulması ikiüzlülük siyasəti deyilmi?" sualı ünvanlanıb.
Madlen Olbrayt bildirib ki, o hələ keçən il bir neçə sabiq dövlət katibi ilə soyqırımın tanınması ilə bağlı təklifin Konqresə təqdim edilməsinin vaxtı olmadığı deyilən məktuba imza atıb.
Məktubda yazılanlardan danışan xanım Olbrayt deyib ki, keçən il bu məsələ qaldırıldığında və biz indi bunun vaxtı olmadığını dedikdə, təklifin tərəfdarları bizi vaxtın həmişə bəhanə gətirildiyində günahlandırdı.
"Məncə Barak Obama həm bir lider, həm də bir
diplomat kimi təqdirəlayiq mövqedən
çıxış edir.Genosid sözünü
işlətmədən keçmişin acı tarixini
tanıdığını deməklə yanaşı, Obama ermənilər və türlərin bu məsələni həll etməli
olduğunu önə çəkib".
Sabiq dövlət katibi xaricdə yaşayan ermənilərə də müraciət edərək, onları bu məsələdə daha konstruktiv olmağa çağırıb. Qeyd edək ki, Madlen Olbrayt sabiq müdafiə naziri Uilyam Kohenlə bərabər hazırladıqları "Soyqırımların qarşısının alınması" adlı hesabatda 1915-ci il hadisələrinin üzərində qəsdən dayanmadıqlarını deyib.