Accessibility links

Gürcüstanda müxalifət 'vətəndaş itaətsizliyi' elan etdi


Gürcüstanda müxalifətin prezident Mixail Saakaşvilinin istefası tələbilə etiraz nümayişləri ikinci gündür ki, davam edir.

Prezident öz hakimiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağına söz verib. Saakaşvili bu gün müxalifəti və ona etiraz edən vətəndaş cəmiyyətinin qüvvələrini dialoqa çağırıb.

Müxalifət isə prezidentə qarşı vətəndaş itaətsizliyi kampaniyası elan edib.

Müxalifət lideri Kaxa Kukava Tbilisi boyunca böyük şosse yollarının müxalifət tərəfindən bağlanacağını bəyan edib.

Dünən azı 60 min müxalifət tərəfdarı paytaxt Tbilisinin mərkəzi küçələrinə toplaşaraq, Saakaşvilini seçkilərdən əvvəl hakimiyyəti tərk etməyə çağırmışdılar.

Etirazçılar cümə axşamı və cümə günü paytaxtın əsas prospektini bağlayıblar.

ABŞ Dövlət Departamenti zorakılqılara yol verilməməsinə çağıraraq, dinc nümayşləri demokratiyanın bir hissəsi adlandırıb.

Müxalifət Saakaşvilini ötən il Rusiya ilə faciəli müharibəyə başlamaqda və ölkəni avtoritarizmə sürükləməkdə ittiham edir

XS
SM
MD
LG