İranın dövlətə məxsus xəbərlər agentliyi İRNA bildirir ki,
hökumət ötən ilin aprel ayında Şiraz məscidində bir nəfərin həlak olması və azı
20 nəfərin isə yaralanmasına bais olan bomba partlayışında ittiham edilən 3
nəfəri bu gün asıb. İran rəsmiləri ilk
öncə məsciddəki bomba partlayışını qəza adlandırmışdılar. Lakin sonra hökumət bu əməlin günahını iddiaya
görə Birləşmiş Ştatların dəstəklədiyi və onunla birlikdə fəaliyyət göstərən
terrorçu qrupun üzərinə qoydu.