Accessibility links

İtaliyada zəlzələ qurbanlarının dəfn mərasimi keçirilir


Bu həftənin əvvəli İtaliyanın mərkəzi hissəsində baş verən zəlzələnin qurbanlarının dəfn mərasiminə minlərlə insan qatılıb. Mərasimə L’Akila Polis Akademiyasının 200 cərgədən ibarət əklili qoyulub. Zəlzələnin episentri olan L’Akila şəhərində bazar ertəsi 6.3 bal gücündə yeraltı təkan qeydə alınmışdı. 5 ən gənc qurbanın kiçik tabutları valideynlərinin tabutlarının üzərinə qoyulub. Kədər içərisində olan kütləyə müraciəti zaman Roma Papası 16-cı Benedikt sağ qalanlara ümid arzulamış və onların ruhlanması üçün dua etmişdir. Mərasimdə iştirak edən imam da müsəlman qurbanlar üçün dua oxuyub. İtaliyada bu gün milli matəm elan olunub.
XS
SM
MD
LG