Şimal Koreya prezidenti Kim Conq İl qaynı Canq
Sonq Taeki Milli Müdafiə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib. Taekin
prezidentin xələfi olacağı barədə şayiələr gəzir. Təyinat Canqın qeyri-rəsmi
olaraq cənab Kimin ikinci vəzifəli adamı olduğunu təsdiqləyir. Analitiklər deyir ki, 63 yaşlı Canq Kim Conq
İl qəflətən öldüyü təqdirdə hakimiyyətə keçəcək. Onların sözlərinə görə, Canqın
rolu hamiyyətin keçidini həyata keçirməkdən və cənab Kimin 3 oğlundan birinin
hakimiyyətə gəlməsinə kömək etməkdən ibarət olacaq.