Ermənistan
prezidenti Serj Sarkisyan ümid etdiyini bildirib ki, bu ilin sonunda Türkiyəyə
səfərinədək iki ölkə arasındakı sərhədlər açılacaq.Cənab Sarkisyan Oktyabrın 7-də futbol matçını
izlmək üçün Türkiyəyə səfər edəcək.Bu,
ötən il prezident Abdullah Gülün Ermənistana tarixi səfərinin ardınca baş
verir.Hazırda iki ölkə arasında
diplomatik münasibətlər yoxdur.Azərbaycanın
müttəfiqi olan Türkiyə Ermənistanla sərhədlərini 1990-cı illərin əvvəllərində
Dağlıq Qarabağ münaqişəsi zamanı bağlamışdı.
Lakin son zamanlar münasibətləri bərpa etmək üçün Ankara və Yerevan
barışıq səyləri göstərir. Türkiyə bu
yaxınlaşmanın Azərbaycnla münasibətlərə təsir göstərəcəyindən narahatlıq
keçirir.Bir qrup türk qanunverici Ankaranın
Bakıya dəstəyini izhar etmək üçün Azərbaycana gəlir.