Gürcüstan paytaxtı Tbilisidə minlərlə nümayişçi 3-cü gündür
kütləvi etiraz aksiyalarını davam etdirərək prezidentin istefasına çağırır. Bu
gün keçirilən nümayişlər cümə axşamı və dünən parlament binası qarşısında aksiyaların
davamıdır. Cümə axşamı günü 60 min nəfərlik kütlə paytaxtın əsas magistralını
bağlamışdı. Dünən isə parlament binasının qarşısına 25 mindən çox insan
toplaşıb. Yürüşün liderləri Mixail Saakaşvili istefa verənə kimi nümayişləri
davam etdirməyə söz verib, ancaq provaslavların dini bayramı səbəbilə aksiyalara sabah bir günlük ara veriləcək.
Iki gün öncəki nümayiş Mixail Saakaşvili 2003-cü ildə hakimiyyətə gələndən
sonra keçirilən ən irimiqyaslı etiraz aksiyasıdır. Nümayişdən sonra prezident
müxalifəti dialoqa çağırıb. Müxalifət danışıqlara hazır olduğunu bildirsə də,
görüş üçün vaxt təyin olunmayıb.