Misir polisinin bildirdiyinə görə, Sinay yarımadasında Livanın Hizbullah qrupunun üzvü olduqlarından şübhələnilən 13 nəfərin axtarışı davam etdirilir. Onların bu yaxınlarda Sinay regionunda hücum cəhdində gühanlandırılaraq nəzarət altına alının 49 nəfərlə əlaqəsi olduğuna inanılır.
Polis həmin şəxslərin Beduin narkotik maddə qaçaqmalçılarının tez-tez istifadə etdikləri Əl-Nəxl şəhərində gizləndiyindən şünhələnir. Dünən Misirin dövlət mediası qrupunun Misirdə fəaliyyətdə olduğunu etiraf edən Hizbullahın lideri Həsən Nəsrullanı cinayətkar adlandırmışdı.