Türk
polisi ölkənin İslama əsaslanan hökumətini devirmək qəsdində ittiham olunan
qrupla əlaqəli universitet professoru və 20 başqa adamı həbs edib. Bu gün həyata keçirilən həbslər hüquq-mühafizə
orqanlarının ultramillətçi Ergenekon qrupu ilə bağlı uzun müddət aparılan
istintaqının tərkib hissəsidir. Həbs
olunanlardan biri Ankaranın Bilkent Universitetinin rəhbəri professor Mehmet Haberaldır
ki, o, həmçinin dünyəviçi Kanal-B telekanalının sahibidir. Polis stansiyanın Ankaradakı baş qərargahının
ofislərində axtarış aparıb. Türkiyə
rəsmiləri radikal dünyəviçiləri hakim Ədalət və İnkişaf Partiyasına qarşı
dövlət çevrilişi həyaa keçirmək planından ittiham edir. Tənqidçilər isə hökumətin dünyəviçi opponentlərini
susdurmaq üçün onları həbs etdiyini bildirir.
İndiyədək Ergenekon məsələsi ilə bağlı150-ə yaxın hərbçi, polis,
jurnalist və akademik həbs olunub.