Qazaxıstanın sabiq müdafiə nazirinin müavini Kazimurat
Mayermanov İsrailin müdafiə şirkətləri ilə silah alveri və korrupsiya ittihamı ilə həbs edilib. Hökumət sözçüsü Kenjibulat Beknəzərov paytaxt Astanada müxbirlərə deyib
ki, sabiq müdafiə nazirinin müavininə qarşı ittihamlar İsrailin ikişirkətinin - İsrail Hərbi Sənayesi və Soltam
Sistemi şirkətlərinin qazax ordusu üçün
artileriya sisteminin inşası barədə imzalanan müqavilələrdən qaynaqlanıb. Sözçü
deyib ki, indiyədək artilleriya sisteminin inşasının 80%-i yerinə
yetirilməyib və hökumət buna görə 82 milyon dollar itirib. İki həftə bundan əvvəl isə Qazaxıstan
hökuməti ilə İsrailin müdafiə şirkətləri arasında vasitəçilik edən İsrail
biznesmeni Boris Şenkman qazax rəsmiləri
tərəfindən həbs edilib. Lakin təhlükəsizlik xidmətinin sözçüsü bu iki həbs
arasında əlaqə olmadığını deyib.