Accessibility links

Abdulla Gül Ermənistanla münasibətlərə dair növbəti bəyanat verib


Türkiyə prezidenti Abdulla Gül ölkəsinin Ermənistanla apardığı danışıqlara dair növbəti açıqlama verib.

Bu gün Bəhreynə səfəri ərəfəsində Ankaranın Esenboğa hava limanında jurnalislərin suallarını cavablandıran Türkiyə lideri Yerevanla danışıqların davam etdiyini bildirib.

Rəsmi Anadolu agentliyinin məlumatına görə, Gül daha sonra bunları deyib.

“Türkiyə donmuş münaqişələrin həllini istəyir. Bu çərçivədə bir yandan Yerevanla aramızdakı məsələləri müzakirə edir, digər yandan da Azərbaycanla Ermənistan arasında problemlərin həllinə çalışırıq”.

Türkiyə prezideni deyib ki, hazırda regionda görünməmiş bir canlanma yaranıb.

“Türkiyə Qafqazda sülhün və sabitliyin yaranmasını arzulayır. Bu istiqamətdə səylər göstərilir. Ancaq atılan hər bir addım barədə televiziya qarşısında açıq danışmaq diplomatiyanın qaydalarına düz gəlmir. Ugur əldə etməyin yolu bu deyil. Mən əminəm ki, bunları hamı başa düşəcək. Türkiyənin nə etmək istədiyi açıq bəllidir”, - deyə Abdulla Gül fikirlərini yekunlaşdırıb.

XS
SM
MD
LG