Accessibility links

Ədən körfəzində Yunanıstanın MV İrene EM yük gəmisi ələ keçirilib


Hərbi dəniz qüvvələri rəsmilərinin bildirdiyinə görə, Afrikanın şərq sahillərində daha bir gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Yunanıstanın MV İrene EM yük gəmisininbu gün Ədən körfəzində ələ keçirildiyi bildirilir. 22 filippinlidən ibarət gəmi heyətinin təhlükədə olmadığı deyilir. Regiondakı beynəlxalq dəniz donanması rəsmiləri gəminin hücum zamanı həyəcan siqnalı göndərdiyini deyib.Yük gəmisinin qaranlıqda ələ keçirilməsi dəniz quldurlarının çox nadir hallarda əl atdıqları taktikadır. Yunan gəmisi ilə bağlı bu incident Amerikanın yük gəmisinin azad edilməsindən iki gün sonraya təsadüf edir.

XS
SM
MD
LG