Şimali Koreya silahsızlaşmaya dair altıtərəfli
danışıqlardan əl çəkəcəyini və bu ayın əvvəli fəzaya raket buraxmasını tənqid
edən BMT bəyanatına etiraz əlaməti olaraq nüvə fəaliyyətlərini artıracağıını bildirib.
Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Pxenyan atom silahları
proqramını bərpa edəcək. Bu bəyanat BMT Təhlükəsizlik Şurasının Şimalı
Koreyanın uzaq-mənzilli raket buraxmasını tənqid etməsinə reaksiyadır. Qeyd
edək ki, aprelin 5-də fəzaya qalxan raket Yaponiya ərazisi üzərindən keçmişdi.
Rusiya deyir ki, Kreml Şimali Koreyanın
bu addımına yalnız təəssüflənə bilər. Çin isə tərəflərin sakitləşməsinə
çağırıb.