Accessibility links

İran lideri danışıqlara hazır olduğunu deyir


İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Tehran nüvə programı ilə bağlı beynəlxalq ictimaiyyətlə mübahisəni həll etmək üçün tezliklə yeni təkliflər irəli sürəcək. Cənab Əhmədinejad bu gün Kerman vilayətində çıxışında deyib ki, bu təkliflər tezliklə Qərb dövlətlərinə göndəriləcək. Keçən həftə Birləşmiş Ştatlar daxil olmaqla 6 böyük dövlət İranın nüvə programı ilə bağlı müzakirələrə dəvət edəcəklərini bildirmişdi. İran mətbuatı İranın nüvə sahəsindəki baş müzakirəçisinə istinadən xəbər verir ki, Tehran bu danışıqlara hazırdır. Bəzi ölkələr İranın nüvə proqramının hərbi mahiyyət daşıdığına inanır. Tehran isə bunu inkar edərək bildirir ki, onun atom fəaliyyəti dinc məqsəd daşıyır.
XS
SM
MD
LG