Accessibility links

Məhkəmə Qırmızı Məscidin baş ruhanisinin azadlığa buraxılması barədə qərar qəbul etdi


Pakistanın Ali Məhkəməsi iki il bundan əvvəl, 2007-ci ildə hökumət qüvvələrinin İslamabadda yaraqlıların toplaşdığı Qırmızı Məscidə reydi zamanı həbs edilmiş baş molla Əbdül Əzizin azad edilməsi barədə qərar qəbul edib. Əbdül Əzizin vəkilinin bildirdiyinə görə, Ali Məhkəmə iki ilə yaxın ev dustaqlığına məhkum edilmiş ruhaninin azad edilməsi barədə qərarı bu gün elan edib. Vəkil Şövkət Siddiqi müxbirlərlə görüşü zamanı deyib ki, Əbdül Əziz hələ də 2007-ci ildə dindar tələbələrlə yaralılar və təhlükəsizlik qüvvələri arasında baş verən qanlı hadisələrdə əli olmaqda ittihamlarla üzləşməkdə davam edir. Siddiqi 2 500 dollar məbləğindəki zaminə buraxılma pulunu ödədikdəın sonra Əbdül Əziz məhkəməyədək azadlıqda qalacaq.

Xatırladaq ki, İslamabadın sünnilərin sərt-xətt təmayüllü, Lal Məscidi və ya Qırmızı Məscidi adlandırılan məscidinin baş ruhanisi Əbdül Əzizin yaraqlılarla əlaqəsi olduğu deyilirdi. 2006-cı ilin sonları və 2007-ci ildə Şəriətin tətbiq olunmasını tələb edən mədrəsə tələbləri anti-hökumət nümayişlərinə başladılar. Hökumətlə konfrantasiyaların ardınca və zorakılıqlarla müşaiyət edilən nümayişlərin ardınca yüzlərlə etirazçı məscidin daxilində barrikada qurdular. Məscidin baş mollası Əbdül Əziz qadın çadrası geyərək qaçmağa çalışarkən ələ keçirildi və bundan sonra məscidə hücum barədə əmr verildi ki, nəticədə 100 nəfərdən çox insan qətlə yetirildi.

XS
SM
MD
LG